Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda qara maskalı adam GÖRÜN NƏ ETDİ - HADİSƏ ANI
Bakıda qara maskalı adam GÖRÜN NƏ ETDİ - HADİSƏ ANI

Paytaxtın Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.

Daxili İşlər Nazirliyindən  verilən xəbərə görə, naməlum şəxs gecə saatlarında üzünü qara maska ilə kamuflyaj edərək rayon ərazisində yerləşən mağazalardan birinin qapısını dəmir metalla qırıb və içəridə yerləşən ödəmə terminalını talayaraq pul vəsaitini ələ keçirib.

Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə hadisəni törədən əvvəllər oğurluq cinayətlərinə görə məhkum olunmuş 28 yaşlı Turxan Mustafayev saxlanılıb. Onun cinayət əməli ətrafda olan təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.
 




Şərhlər