
Bakı şəhərinin Sabunçu rayonunda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin eyvanına yığılan tikinti materialları 3 m² sahədə yanıb.
Yanğın zamanı tüstülənmiş mənzillərdən 12 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Şərhlər