Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Sumqayıtda zavodun həyətindəki yanğın söndürüldü - Yeniləndi
Sumqayıtda zavodun həyətindəki yanğın söndürüldü - Yeniləndi

Sumqayıt şəhərində yerləşən zavodlardan birinin həyətində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən reportyor.tv-yə verilən məlumata görə, “112” qaynar telefon xəttinə zavodun həyətində yerləşən transformatorda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.

Sumqayıt şəhərində zavodun həyətində yerləşən transformatorda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Şərhlər