Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Ötən gün cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb

Yanvarın 4-də ölkə ərazisində cinayət törətməkdə şübhəli bilinən 8 nəfər saxlanılıb.
Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Qeydə alınan 31, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 9, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 12, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti