Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olundu
Yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olundu

Qarabağda dağlıq ərazidəki yanğınların söndürülməsinə 51 texnika, 4 helikopter cəlb olunub.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, Ağdam, Xocalı, Xocavənd, Füzuli və Ağdərə rayonlarında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi davam etdirilir.

Hazırda yanğınların söndürülməsi əməliyyatına FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Qarabağ Regional Mərkəzi və Aviasiya dəstəsindən ümumilikdə 620 nəfərdən ibarət şəxsi heyət, 51 ədəd texnika, o cümlədən 4 ədəd helikopter cəlb olunub.

Bildirilib ki, relyefin mürəkkəbliyi, havanın yüksək temperaturu və küləkli olması yanğınsöndürmə işlərini çətinləşdirsə də yanğınla mübarizə tədbirləri günün gecə və gündüz saatlarında fasiləsiz olaraq həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti