Xəbər verdiyimiz kimi, Yevlaxda hotellərin birində qalan Bakı sakini 1988-ci il təvəllüdlü Elkin Zakir oğlu Kərimlinin meyiti tapılıb.
Reportyor.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, onun içdiyi dərman həblərindən öldüyü məlum olub.
Qeyd edək ki, 37 yaşlı Elkin Kərimli vəkildir. O, Xətai rayonunda yerləşən “Fortiori” vəkil bürosunun üzvü olub.
Əslən Xızının Tıxlı kəndindən olan vəkil ötən il ailə həyatı qurub.
Onun bir neçə gün öncə qızı doğulubmuş.
Faktla bağlı araşdırma aparılır.






Şərhlər