Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Bakıda restoranda yanğın baş verdi - VİDEO
Bakıda restoranda yanğın baş verdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsində restoranda yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində restoranda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində restoranın mətbəxində fri aparatı, ətrafındakı yağ qalıqları və havatəmizləyici qurğunun mühərriki yanıb.

Restoran yanğından mühafizə olunub.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti