Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Tərtərdə DƏHŞƏT: 27 yaşlı kişini bıçaqlayıb öldürdülər
Tərtərdə DƏHŞƏT: 27 yaşlı kişini bıçaqlayıb öldürdülər

Ötən gün Tərtər rayonunda qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Reportyor.tv xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində 1999-cu il təvəllüdlü, əslən Ağdam rayonunun İlxıçılar kəndindən olan Aslanov Nabil Saleh oğlunu bıçaqlayaraq qətlə yetirməkdə şübhəli bilinən 1995-ci təvəllüdlü Səfixan Nağıyev saxlanılaraq istintaqa təhvil verib.

Xatırladaq ki, hadisə kafedə baş verib. N.Aslanov kafedə mübahisə zəminində bıçaqlanıb.

Yaralıya əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasında tibbi müdaxilə edilib, sonra Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb, lakin yolda həyatını itirib.


Araşdırma aparılır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti