Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Həvəskar komandaya uduzdular, utandılar, pulu qaytardılar - FOTO
Həvəskar komandaya uduzdular, utandılar, pulu qaytardılar - FOTO

“Ayaks” Niderland kubokunda həvəskar komandaya məğlub olduqdan sonra azarkeşlərinə biletlərin pulunu qaytarıb.
Publika.az xəbər verir ki, bu barədə “Foot Mercato”məlumat yayıb.
Oyundan bir gün sonra Utrextdəki “Galgenwaard” stadionuna gələn 325 azarkeşə bilet pulunun və səyahət xərclərinin geri qaytarılacağı ilə bağlı elektron məktublar göndərilib.
“Şübhəsiz ki, komandamızın “Herkules”lə oyundakı zəif çıxışını ağrılı qəbul etdiniz. Biz bu ağrını paylaşırıq və çox utanırıq. Qərara alınıb ki, bilet alan bütün səfər azarkeşlərinə pul qaytarılsın. Amma onu da başa düşürük ki, bu təzminat o ağrılı axşamın xatirələrini silməyəcək”, – məktubda deyilir.
Cümə axşamı Utrextdə “Ayaks” Hollandiya kubokunun 1/16 matçında “Herkules” klubuna 2:3 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.


Şərhlər