Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » Dünyanın ən zəngin futbolçusu: Ronaldo və Messi deyil, Faiqdir - FOTO
Dünyanın ən zəngin futbolçusu: Ronaldo və Messi deyil, Faiqdir - FOTO

Dövrümüzün ən zəngin futbolçusunun adı açıqlanıb.
Publika.az xəbər verir ki, bu, Tailandın “Çonburi” komandasında çıxış edən Faiq Bolkiahdır. "Forbes" jurnalının məlumatına görə, onun sərvəti 16 milyard funt-sterlinqdir.
Bu, dünya şöhrətli futbol ulduzları Kriştiano Ronaldo və Lionel Messinin birgə sərvətindən 12 dəfə çoxdur.
Bolkiah çox varlı bir ailədəndir. Atası Bruney sultanıdır və dünyanın ən zəngin monarxlarından biri hesab olunur.
Faiq Bolkiah "Sauthempton", "Lester", "Arsenal" və "Çelsi" kimi klubların aşağı yaş qrupları komandalarında çıxış etsə də, İngiltərə Premyer Liqasında debüt edə bilməyib. Hazırda ölkəsində - "Ratçaburi" komandasına "top qovur".
Heybət

Ən varlı futbolçunun sərvəti müəyyənləşib. Ronaldo ilə fərq inanılmazdır

Şərhlər