
“Barselona”nın hücumçusu Robert Levandovski maaş məsələsində güzəştə getməyə hazırdır.
Publika.az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Mənbənin xəbərinə görə, klub futbolçuya daha aşağı maaşla yeni müqavilə təklif edərsə, Levandovski daha bir il “Barselona”da qalmağa razı ola bilər. Lakin hazırda bu danışıqlarda ciddi irəliləyiş yoxdur.
Levandovskinin karyerasını MLS-də davam etdirə biləcəyi də iddia olunur.
Xatırladaq ki, polşalı futbolçunun katalon klubu ilə müqaviləsi 30 iyun 2026-cı ildə başa çatır. Klub hazırkı şərtlərlə müqaviləni uzatmağa hazır deyil. Bildirilir ki, Levandovski hazırda illik 26 milyon avro qazanır.
Cari mövsümdə forvard bütün turnirlərdə 17 matçda iştirak edib, 8 qol vurub və 2 məhsuldar ötürmə verib.






Şərhlər