Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » İdman » 41 yaşlı Ronaldo ilə bağlı hər kəsi düşündürən suala ŞOK CAVAB gəldi
41 yaşlı Ronaldo ilə bağlı hər kəsi düşündürən suala ŞOK CAVAB gəldi

Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez ulduz futbolçu Kriştiano Ronaldonun karyerasını nə vaxt başa vuracağı ilə bağlı yayılan suallara aydınlıq gətirib.

Reportyor.tv-nin xəbərinə görə, Martinez bildirib ki, Ronaldonun fiziki durumunda hər hansı geriləmə müşahidə olunmur:

“Əlimizdə konkret statistika var. Əgər onu fiziki baxımdan enişdə olan oyunçu kimi təhlil etsəniz, bunun belə olmadığını görərsiniz. Fiziki göstəriciləri onun yüksək səviyyədə oynamağa davam edə biləcəyini sübut edir”.

Roberto Martinez vurğulayıb ki, karyerasını nə zaman başa vurma qərarı Ronaldonun öz ixtiyarındadır:

“Bu məsələ onun nə zaman doğru anın gəldiyini hiss etməsi ilə bağlıdır. O, özünə qarşı çox tələbkar və tənqidi yanaşan futbolçudur. Komandaya fayda verə bilməyəcəyini düşündüyü anda qərarını özü verəcək”.

Martinez həmçinin ulduz oyunçuya olan inamını belə ifadə edib:

“Milli komandada son 30 oyunda 25 qol vurub. O, keçmiş nailiyyətlərinə görə yox, hazırkı performansına əsasən heyətdə yer alır”.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun formasını geyinən 41 yaşlı Ronaldo bu mövsüm 22 oyunda 18 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti