İran koronavirusa yoluxanların sayına görə Çini keçib, növbəti sırada Rusiyadır - yeni faktlar
Tarix: 20-04-2020, 23:23
Baxılıb: 237
Google+ Paylaş
Tumblr Paylaş

İran koronavirusa yoluxanların sayına görə Çini keçib, növbəti sırada Rusiyadır - yeni faktlar

20-04-2020, 23:23

Dünyada koronavirus pandemiyasından ölüm halları davam edir.

Musavat.com xəbər verir ki, son saatların göstəricisinə görə ABŞ yenə də öndədir. Əvvəlcədən qeyd edək ki, bu ölkədə ölən və yoluxanların siyahısı əsasən Bakı vaxtı ilə saat 00:00 radələrində açıqlanır. İndiyə olan göstəriciyə görə ABŞ-da son bir neçə saat ərzində artıq 781 nəfər ölüb, 6 min 578 yeni yoluxma qeydə alınıb. Ümumilikdə ABŞ-da 771 min 213 nəfər koronavirusa yoluxub, 41 min 356 adam isə bu virusdan ölüb.

Yoluxma sayına görə ABŞ-dan sonrakı sırada yer alan İspaniyada son saatlarda   1536 nəfər  yoluxma, 399 ölüm qeydə alınıb.
Növbəti sırada yer alan İtlaliyada son saatlarda 2 min 256 yoluxma, 454 ölüm qeydə alınıb.

Fransada son saatlarda 2 min 489 nəfər yoluxub, 547 nəfər ölüb. Almaniyada bir neçə saat içərisində 656 nəfər yoluxub, 64 nəfər isə ölüb.

Sonrakı sırada İngiltərə yer alıb. Bu ölkədə son saatlarda 4 min 676 yoluxma, 449 ölüm qeydə alınıb.
Iran raises coronavirus death toll to 54

Azərbaycanla quru sərhəddə olan ölkələrdə də də yoluxma  sayı artmaqdadır. Qardaş Türkiyə ötən gündən etibarən yoluxanların sayına görə artıq Çini keçib. Nəticədə Türkiyə İngiltərədə sonrakı yerə qədər yüksəlib. Belə ki, hazırda  Türkiyədə  ümumilikdə 90 min 980 yoluxma var. Qardaş ölkədə bu gün 4 min 674 yeni yoluxma, 123 yeni ölüm faktı qeydə alınıb. Siyahıda 8-ci yerə İran yüksəlib və beləliklə də Çin 1 pillə də geriləyərək dünyada koronavirusa yoluxanların siyahısında 9-cu olub. Çində ümumilikdə 82 min 747 nəfər yoluxub, 4 min 632 ölüm var. Bu gün Çində 12 yeni yoluxma qeydə alınıb, ölən isə yoxdur. İranda isə bu gün 1294 nəfər yoluxub, 91 nəfər ölüb. Ümumilikdə bu ölkədə 83 min 505 yoluxma, 5 min 209 ölüm qeydə alınıb.
Avrupa′da koronavirüs alarmı | AVRUPA | DW | 25.02.2020

Çindən sonrakı sırada yer alan  Rusiyada bu gün 4 min 268 nəfər yoluxub, 44 nəfər isə ölüb. Ümumilikdə Rusiyada 47 min 121 nəfər yoluxma, 405 ölüm qeydə alınıb. Gürcüstanda bu gün 8 nəfər yoluxub, ölən yoxdur.

Ümumilikdə son saatlara qədər dünyada 2 milyon 452 min 397 yoluxma, 168 min 732 ölüm qeydə alınıb.

Dünyada  1 milyon 640 min 980 nəfər koronavirus xəstəsi var. Onlardan 56 min 165 nəfərinin vəziyyəti ağırdır.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ