Deputatlar Baş nazirin hesabatını dinləyir - videoyazı vasitəsilə
Tarix: 9-04-2020, 12:02
Baxılıb: 94
Google+ Paylaş
Tumblr Paylaş

Deputatlar Baş nazirin hesabatını dinləyir - videoyazı vasitəsilə

9-04-2020, 12:02

Milli Məclisin hazırda keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti haqqında hesabatı müzakirə edilir. Sədr Sahibə Qafarova dedi ki, Baş nazir Əli Əsədov hesabatının videiyazısını Milli Məclisə göndərib.
Spiker qeyd etdi ki, videohesabat dinlənildikdən sonra deputatlar tərəfindən səsləndiriləcək rəy və təkliflər sistemləşdirilərək Nazirlər Kabinetinə göndəriləcək.
Bundan sonra Baş nazirin hesabatının videoyazısı deputatlara təqdim olundu.
Baş nazir Əli Əsədov bildirdi ki, ölkədəki struktur dəyişiklikləri və kad islahatları Nazirlər Kabnetini də əhatə edir. Ə.Əsədov ölkə başçısının hökumətə yüksək etimadı və dəstəyindən danışdı və təşəkkürünü bildirdi.
Qeyd etdi ki, hesabat dövrü əvvəlki illər kimi, Azərbaycan üçün uğurlu olub. İşsizliyin səviyyəsi ən aşağı səviyyə olmaqla – 4,8 faizə düşüb. 2019-cu ildə əhalinin nominal gəlirləri artıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ