Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » İran Azərbaycanı İrəvandan “vurdu” – Bitməyən hikkə
İran Azərbaycanı İrəvandan “vurdu” – Bitməyən hikkə

Ermənistanda Azərbaycana qarşı ifrat düşmən mövqeyi ilə seçilən revanşist və saxta alimə İranda yüksək akademik status verilib. İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin İranşünaslıq kafedrasının müdiri, professor Vardan Voskanyan İranın Fars Dili və Ədəbiyyatı Akademiyasının fəxri üzvü seçilib.

Məlumata görə, müvafiq sertifikat fevralın 24-də universitetdə keçirilən mərasimdə İslam Respublikasının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Xəlil Şirqulami tərəfindən təqdim olunub.

Qeyd edək ki, Voskanyanın ictimai çıxışları və sosial şəbəkə paylaşımları dəfələrlə açıq anti-Azərbaycan ritorikası ilə müşayiət olunub. Bu baxımdan belə bir şəxsin rəsmi Tehran tərəfindən yüksək akademik statusla təltif olunması suallar yaradır: İran tərəfi Voskanyanı hansı konkret elmi və ya mədəni xidmətlərinə görə fəxri üzv seçib? Tehranın bu jestini necə oxumalı?

Siyasi şərhçi Azər Həsrət Musavat.com-a bildirib ki, Tehranın bu addımı İran rejiminin Azərbaycana münasibətinin dəyişmədiyini, yenə də qeyri-səmimi olduğunu göstərir:

“Azərbaycana qarşı kəskin düşmən mövqeyi ilə seçilən erməni alimin Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına hazırlıq getdiyi bir zamanda mükafatlandırılması onu göstərir ki, biz İrana münasibətdə nə qədər isti davranmağa çalışsaq da, o rejim düzələn deyil. Bu rejimin Azərbaycana münasibəti dəyişməyəcək.

Molla rejimi Azərbaycan adında müstəqil respublikanın olmağını ilk vaxtlardan istəmir. Bunu daim büruzə verir. Azərbaycana qənim kəsilmiş ermənilərə qucaq açmaları, mükafat vermələri də bununla bağlıdır. Ermənistanda kim Azərbaycana daha kəskin mövqedədirsə, həmin şəxs İran rejiminin gözünün işığı olur. İndi Bakı və İrəvan arasında münasibətlər düzəlmək istiqaməti götürüb, ancaq fars rejimi ənənəvi əməllərindən qalmır. Antitürk, anti-Azərbaycan çevrələr köhnə havaları çalmağa davam edir.

Vosknayan deyilən adamın hansı elmi kəşflərə nail olub-olduğunu açığı, bilmirəm, hətta onun doğrudan da üstün bir elmi uğuru varsa belə, indiki şəraitdə düşünməli idi ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi aparırsa, biz sülhə qarşı olan bir erməniyə mükafat verib prosesə dolayısı ilə də olsa zərər vurmayaq, qıcıq yaradacaq addımlardan çəkinək. Lakin rejim bunun əksini edir – barışıq tərəfdarı kimi çıxış edən hansısa erməniyə deyil, məhz sülhə qarşı olan erməniyə mükafat verir. Məqsədləri Ermənistanda sülhə, Azərbaycana qarşı kəskin mövqedə olan insanları həvəsləndirmək, belələrinin sayının çoxalmasına nail olmaq və Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməkdir”.

Siyasi ekspert hesab edir ki, Ermənistanda ağlı başında olan dövlət və elm adamları İranın bu cür gedişlərinin əsl məqsədinin nə olduğunun fərqinə varmalıdırlar:

“Onlar əmin olmalıdırlar ki, kimlərəsə mükafat verilməsi İranın həmin şəxsləri sevməsindən, ona dəyər verməsindən irəli gəlmir. Zamanı gələcək Azərbaycanla Ermənistan alimləri əməkdaşlıq edəcəklər, münasibətlər quracaqlar. O zaman İran qapı arxasında qalacaq”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti