Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Ölkə » Əhaliyə XƏBƏRDARLIQ - Dəhşətli istilər gəlir, yaxın zamanda...
Əhaliyə XƏBƏRDARLIQ - Dəhşətli istilər gəlir, yaxın zamanda...

Avropanın bir çox ölkəsində yay mövsümü başlamadan rekord temperatur qeydə alınıb.

Reportyor.tv CNN-ə istinadən xəbər verir ki, meteoroloqların sözlərinə görə, bəzi bölgələrdə hava normadan xeyli isti keçib və bu göstəricilər son illərin rekordları sırasında yer alıb.

Mütəxəssislərin fikrincə, qarşıdakı yay aylarında da ekstremal istilərin davam etməsi ehtimalı yüksəkdir. Xüsusilə iyul və avqust aylarında temperaturun normadan daha yüksək olacağı proqnozlaşdırılır.

Qeyd olunur ki, iqlim dəyişiklikləri səbəbindən dünyada hava hadisələri daha sərt xarakter almağa başlayıb. Bir sıra ölkələrdə quraqlıq, meşə yanğınları və uzunmüddətli isti hava dalğalarının yaşana biləcəyi bildirilir.

Meteoroloqlar xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərə isti havalarda diqqətli olmağı, özlərini havanın təsirindən qorumağı tövsiyə edirlər.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti