Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Uşağınız niyə tez-tez qrip olur? - SƏBƏB
Uşağınız niyə tez-tez qrip olur? - SƏBƏB

Qış aylarında uşaqlarda yuxarı tənəffüs yolu infeksiyaları artır.

İmmunitet sistemi tam formalaşmamış körpələr və məktəbəqədər yaşlı uşaqlar qrip, soyuqdəymə, bronxit və qulaq infeksiyalarına daha həssas olurlar. Qrip adətən yüksək hərarət, halsızlıq və əzələ ağrıları ilə özünü göstərir.

Mütəxəssislər bildirirlər ki, tez-tez xəstələnməyə təkcə soyuq hava deyil, zəif immunitet, qapalı mühit və gigiyena qaydalarına əməl olunmaması da təsir edir.

Riskləri azaltmaq üçün uşaqlara əlləri ən azı 20 saniyə sabunla yumaq vərdişi aşılanmalı, balanslı qidalanma və müntəzəm yuxu təmin edilməlidir. Mövsümə uyğun geyim, otaqların tez-tez havalandırılması, bol maye qəbulu və meyvə-tərəvəzlə zəngin qidalanma qış infeksiyalarına qarşı əsas qoruyucu tədbirlərdir.//Milli.Az

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti