
Açıqlama verən həkim-terapevt Şota Kalandiyanın sözlərinə görə, qulaqcıqla video və ya audio dinləyərək yuxuya getmək sağlamlıq üçün risk yarada bilər.
Reportyor.tv-nin məlumatına görə, mütəxəssis bildirir ki, qulaqcıqlar vasitəsilə uzunmüddətli səs axını qulaq pərdəsinə və eşitmə sinirinə davamlı yük yaradır. İnsan yatarkən səsin qəfil yüksəlməsinə reaksiya verə və qulaqcığı vaxtında çıxara bilmir. Bu isə eşitmə aparatına əlavə təzyiq deməkdir.
Həkimin sözlərinə görə, beyin insan yuxuya getsə belə, səs siqnallarını emal etməyə davam edir. Xüsusilə səthi yuxu fazalarında audio axın dərin yuxuya keçidi ləngidə bilər. Halbuki məhz dərin yuxu mərhələsi sinir sisteminin bərpasında əsas rol oynayır.
Digər risk isə mexaniki təsirlə bağlıdır. Yuxu zamanı qulaqcıqlar yerini dəyişərək qulaq nahiyəsinə təzyiq göstərə bilər.
Uzunmüddətli istifadə:
dəridə qıcıqlanma,
mikrotravmalar,
hətta xarici otit (qulaq iltihabı) riskini artıra bilər.
Özünüzü necə qorumalısınız?
Mütəxəssislər aşağıdakı tövsiyələri verir:
Qulaqcıq əvəzinə otaqda yerləşdirilən xarici səs mənbəyindən minimal səslə istifadə edin.
Kəskin və qəfil səslər olmayan sakit kontent seçin.
20–30 dəqiqəlik avtomatik söndürmə taymeri qurun.
Musavat.com






Şərhlər