Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”
Baş epidemioloq: “Gürcüstanda pandemiyanın beşinci dalğası başlayıb”

“Gürcüstanda koronavirusa yoluxma sayı ciddi şəkildə artıb və bu, beşinci dalğanın başlanğıcıdır”.
Reportyor.tv report-a istinadən xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, son həftə ərzində Kaxeti, İmereti və Sameqrelo-Zemo Svaneti bölgələrində epidemioloji vəziyyət ağırlaşıb: “Bu regionlarda vaksinasiya səviyyəsi aşağıdır. Acarıstan və Tbilisidə isə vəziyyət nisbətən yaxşıdır”.
Baş epidemiloq beşinci dalğanın kifayət qədər ağır keçəcəyini proqnozlaşdırır: “Müvafiq qabaqlayıcı tədbirlər görülməsə, noyabrda vəziyyət çox çətin olacaq. Hamını tövsiyələrə əməl etməyə və peyvənd olunmağa çağırıram”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti