Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Şou-Biznes » Nigar Camal bu məşhurla qohum imiş
Nigar Camal bu məşhurla qohum imiş

"Avroviziya" qalibi Nigar Camal məşhur meyxanaçı Pərviz Bülbülə ilə uzaq qohumluq əlaqələrinin olduğunu açıqlayıb. Sənətçi qohumluq münasibətlərinin ailələr arasındakı izdivac vasitəsilə yarandığını bildirib. O həmçinin həmkarı ilə yaradıcılıq iş birliyinə də müsbət yanaşdığını gizlətməyib.

Musavat.com milli.az-a istinadla xəbər verir ki, müğənni bu yaxınlığın təfərrüatlarını bölüşərək "Onun qohumu bizim uzaq qohumla evlənib. Səhv etmirəmsə, uzaqdan qohum sayılırıq" deyə vurğulayıb. Nigar Camal eyni zamanda meyxanaçıdan gələ biləcək iş təkliflərinə də açıq olduğunu qeyd edib. O "Pərvizdən duet təklifi gələrsə, qəbul edərəm, niyə də yox?" sözləri ilə pərəstişkarlarının marağına səbəb olub.

Bu etiraf sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib.

Şərhlər