
Yeni mövsümün iddialı layihələrindən olan “Yeraltı” serialı ilə bağlı daha bir diqqətçəkən iddia gündəmə gəlib.
Musavat.com xəbər verir ki, daha əvvəl "Kurtlar Vadisi" serialında rol almış aktyorlar – Sefa Zengin və Muhammed Cangören – illər sonra “Yeraltı”da yenidən bir araya gəlib. İndi isə sosial şəbəkələrdə yayılan məlumata görə, layihəyə daha bir məşhur ad qoşula bilər.
İddialara əsasən, “Kurtlar Vadisi”ndə Polat Alemdar obrazını canlandıran Necati Şaşmaz da “Yeraltı” serialında rol alacaq. Bildirilir ki, aktyorun növbəti bölümlərdə qonaq obraz kimi ekranlara çıxacağı gözlənilir.
Hazırda məsələ ilə bağlı rəsmi açıqlama verilməsə də, xəbər sosial mediada böyük maraq doğurub.
Musavat.com






Şərhlər