
Müğənni Nərmin Kərimbəyova bu gün avtomobil qəzası keçirib.
İfaçı bu barədə "Xəzər axşamı" proqramına telefon bağlantısı zamanı danışıb.
"20 Yanvar metrosundan şəhər istiqamətinə gedərkən maşınımı vurdular. Uşaq yanımda idi, çox qorxdu, stress keçirtdi. Amma xəsarət almamışıq. Bir saatdan çox polislər bizi tapa bilmirdi. Maşını vuran şəxs ünvanı səhv izah etmişdi. Yolun kənarında insanların çox diqqətini çəkdik. Bu cür diqqətdə olmaq istəməzdim. Maşınımıza dəyən zərbə çox güclü idi, şükür olsun ki, bizə heç nə olmadı".//Demokrat.az






Şərhlər