Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Siyasət » Ağdamda tapılan kütləvi məzarlıq azad edilmiş ərazilərdə aşkarlanan 8-ci məzarlıqdır
Ağdamda tapılan kütləvi məzarlıq azad edilmiş ərazilərdə aşkarlanan 8-ci məzarlıqdır

Ağdamda tapılan kütləvi məzarlıq azad edilmiş ərazilərdə aşkarlanan sayca 8-ci məzarlıqdır.
Bunu Reportyor.tv  açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov deyib.
Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində yeni tapılan kütləvi məzarlıq barədə danışan Eldar Səmədov bildirib ki, bu, Ermənistanın törətdiyi daha bir cinayət faktının aşkara çıxmasıdır: “Torpaqlarımız azad ediləndən sonra Dövlət Komissiyası aidiyyəti qurumlarla birlikdə itkin düşmüş vətəndaşlarımızın taleyini müəyyən olunması istiqamətində axtarış və qazıntı işlərini davam etdirir. Bu, artıq aidiyyəti dövlət qurumları ilə birlikdə aşkar elədiyimiz 8-ci kütləvi məzarlıqdır”.

Şərhlər