Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » 6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ
6 kənddə işıq OLMAYACAQ - XƏBƏRDARLIQ

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.
 
Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.
 
  Bildirilib ki, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ), Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq "Masallı" yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.
 
Bununla əlaqədar olaraq saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilə yaranacaq.

Şərhlər