Bakıda BİABIRÇILIQ: Əri Rusiyada olan gəlini qaynı başqa oğlanla tutdu - Videolarını çəkdi və... / ANBAAN VİDEO
Tarix: 9-09-2024, 13:48
Baxılıb: 251
Google+ Paylaş
Tumblr Paylaş

Bakıda BİABIRÇILIQ: Əri Rusiyada olan gəlini qaynı başqa oğlanla tutdu - Videolarını çəkdi və... / ANBAAN VİDEO

9-09-2024, 13:48

Bakının Sabunçu rayonunda 1984-cü il təvəllüdlü Şahbaz qısqanclıq zəminind yaranan mübahisə zamanı 1988-ci il təvəllüdlü əmisi oğlu Muxtarı öldürüb.

 
Şahbaz arvadı Vəsilə ilə iş yoldaşı Sabir arasında sevgi münasibəti saxlaması, habelə onların intim görüntülərinin Muxtarda olması və Muxtarın Vəsilə barədə rüsvayedici məlumatlar yaymasını bildikdən sonra 2023-cü ilin fevral ayından etibarən onunla dəfələrlə bu barədə söhbətlər edib. 

2023-cü ilin fevral ayında Rusiyadan Bakı şəhərinə qayıdıb: “Dəqiq xatırlamadığım tarixdə atam Səid zəng edərək məni qardaşlarımın kirayə qaldığı evə çağırdı. Söhbət zamanı atam Vəsilənin mənə xəyanət etdiyini, ona görə ondan boşanmalı olduğumu bildirdi. Atamdan nəyə görə belə dediyini soruşdum. Bu barədə əmim oğlu Muxtarın məlumat verdiyini bildirdi.

Atam hətta Vəsilənin guya kimləsə görüşən zaman Muxtarın telefonla şəkilini və videosunu çəkdiyini də dedi. Atama bu məsələ ilə məşğul olacağımı bildirdim. Söhbətin səhəri günü Muxtarın işlədiyi marketə getdim, ondan arvadımın kimləsə görüşüb-görüşmədiyini soruşdum, onda şəkil və videolar olub-olmadığını bildirməsini istədim.

Muxtar Vəsilənin həqiqətən başqa oğlanla görüşəndə, hətta öpüşən zaman gördüyünü, şəkilini çəkdiyini, videosunu qeydə aldığını dedi. Amma şəkil və videoları göstərə bilmədi. Çünki guya telefonu oğurlanıbmış. Sonradan bildim ki, Muxtar mənim qardaşımın adına təzə telefon alıb. Buna görə Muxtarın bəhanə elədiyini başa düşdüm”.

“Arvadımı izlədim, amma sübut tapmadım”

Təqsirləndirilən şəxs bildirib ki, həmin gün axşam saatlarında arvadı Vəsiləni və əmisi oğlu Muxtarı qardaşıgilin yaşadığı evə çağırıb və orada üzləşdirib:

“Üzləşmə zamanı Muxtar arvadımın başqa oğlanla görüşdüyünü desə də, öpüşdüyünü deyə bilmədi. Mən Muxtarın danışıqlarında yalan olduğunu hiss etdim. Arvadımdan Muxtarın nəyə görə belə dediyini soruşdum. Bildirdi ki, iş yoldaşı ilə bir dəfə “Səhram” marketin yanında görüşüb, həmin oğlan olan borcunu qaytarıb. Muxtar bizi görüb və elə başa düşüb ki, başqa münasibətlərimiz var.

Bu söhbətdən sonra 2023-cü ilin fevral ayından aprel ayınadək arvadım Vəsilənin izlədim. Lakin Vəsilənin hər hansı şəxslə görüşməsini, hərəkətlərində şübhəli məqam aşkar etmədim. Həmçinin Muxtardan dəfələrlə arvadımın kimləsə görüşməsini özündə əks etdirən şəkil və videoları mənə göstərməsini tələb etsəm də, əmim oğlu müxtəlif bəhanələr gətirdi. Mənə heç bir şəkil və ya video göstərə bilmədi. Amma şəkil və videoları taparaq göstərəcəyini bildirdi”.

“Məndə inam yaratdı”

Şahbazın sözlərinə görə, 2023-cü ilin aprel ayında Mahaçqala şəhərinə işləməyə gedib: “Mahaçqalada votsapdan Muxtara zəng etdim, arvadımın barəsində olan şəkil və videoları niyə göndərmədiyini soruşdum. Telefon danışığı zamanı o, “gəl Bakıya, söhbət edərik” kimi ifadələr işlətdi.

Muxtara sual verdim ki, əgər mənə arvadımın kimləsə danışmasını sübut edə bilmiyəcəkdisə nəyə görə ailəm barədə belə sözlər yayıb, biabır edir? Bu sözdən sonra Muxtar zəngi bağladı. Həmin telefon danışığından sonra əmim oğlunun yalan danışdığına məndə inam yaratdı.

Muxtarın arvadım barədə yalan şaiyələr yaydığı və özümü qohum-əqraba arasında biabır olmuş kimi hiss etdiyim üçün Mahaçqala şəhərindən Bakıya qayıtdıqdan sonra ona cəza vermək məqsədilə bıçaqla xəsarət yetirmək qərarına gəldim”.

Şahbaz qeyd edib ki, işləri bitdiyi üçün və ailəsini görmək məqsədi ilə oktyabrın 5-də Bakıya qayıdıb: “Mən hələ Mahaçqala şəhərində olarkən Muxtara bıçaqla xəsarət yetirmək qərarına gəldiyim üçün oktyabrın 12-də saat təxminən 13 radələrində “Bakıxanov” ticarət mərkəzinə getdim.


Ətraflı videoda:



Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ