Binəqədidə bu məktəbin bütün ətrafını SATIBLAR... - Hətta stadionunu belə...
Tarix: 27-03-2025, 09:56
Baxılıb: 137
Google+ Paylaş
Tumblr Paylaş

Binəqədidə bu məktəbin bütün ətrafını SATIBLAR... - Hətta stadionunu belə...

27-03-2025, 09:56

Binəqədi rayon sakinləri yerli icra hakimiyyətinin özbaşınalıqlarından giley edirlər. Narazı vətəndaşlar müraciətlərində Elm və Təhsil naziri Emin Əmrullayevdən övladlarının təhsilalma hüquqlarının bərpa olunmasını tələb edirlər.

Sakinlərin müraciətində deyilir:

"Binəqədi rayonu 9-cu mikrorayonda 144 nömrəli məktəbin bütün ətrafı ayrı-ayrı işbazlara satılıb. Uzun illərdir ki, davam edən bu prosesin başında icra hakimiyyəti dayansa da, Elm və Təhsil Nazirliyindən də bu özbaşınalığa ortaqlıq edənlər var.

Çünki təkcə məktəbin ətrafı yox, məktəbin stadionu da satılıb dağıdıldı. 20 il öncə stadionun aşağı hissəsində ilk eybəcər, yöndəmsiz bina inşa etdilər. İndi də düz məktəbin qarşısında 1 ilin içində 18 mərtəbə qaldırdılar...

Sovet dönəmindəkilər ağılsız deyildilkər ki... Onlar bilirdilər ki, bu məktəbə şagiredlər gedib-gəlməlidir. İndi bu qarışıqlıqda şagirdlər məktəbə gedənə qədər açıq təhlükə altındadırlar. Nə qədər çox yaşayış binası, obyekt varsa... o qədər də təhlükə var.

Biz Elm və Təhsil Nazirliyindən heç olmasa məktəbimizin stadionunun özünə qaytarılmasını, bütün qanunsuz tikililərin sökülməsini tələb edirik..."

Dia.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ