
Şiə "Hizbullah" partiyasının silahlı qanadının yaraqlıları son 24 saat ərzində Livanla sərhəddə İsrail ordusunun 10 mövqeyinə hücum edib
Publika.az xəbər verir ki, bu barədə "Al Manar" telekanalı məlumat yayıb.
Son zərbə isə Beyt Hillel bölgəsindəki ordu bazasına endirilib. Şiə qüvvələri bu hərbi obyekti “Qrad” reaktiv raket sistemindən istifadə edərək atəşə tutublar. Məlumata görə, hücum zamanı İsrail əsgərləri ölüb və yaralanıb.
Bundan əlavə, "Hizbullah" yaraqlıları Menarada İsrailin möhkəmləndirilmiş artilleriya atəş xəttinə zərbələr endirmək üçün yenidən iri çaplı "Burkan" raketlərindən istifadə ediblər.
İsrail ordusunun birbaşa zərbə nəticəsində "əhəmiyyətli itkilər" verdiyi bildirilir.
"Hizbullah"ın əməliyyatları çərşənbə axşamı iki "Əl Mayadeen" televiziyasının müxbiri də daxil olmaqla dörd mülki şəxsin ölümünə səbəb olan İsrailin Livanın sərhəd bölgələrinə hücumlarına cavab olub.
Xatırladaq ki, oktyabrın 7-də Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət pisləşib. İki yüzdən çox girov əsir götürülüb.
reportyor.tv





Şərhlər