Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Yəməndən İsrailə ballistik raketlər atıldı
Yəməndən İsrailə ballistik raketlər atıldı

Yəməndən qanadlı raketlər İsrailin cənubundakı Eylat şəhərində müxtəlif hərbi hədəflərə atılıb.
Publika.az-ın Yəmənin "Al Masirah" telekanalına istinadən verdiyi xəbərə görə, husilərin hərbi nümayəndəsi Yəhya Sariya məlumatı təsdiqləyib.
Husilər son həftələr dəfələrlə İsrailə raket və dronlarla hücum etməyə cəhd ediblər. Noyabrın 15-də son hücumda onlar Eylat da daxil olmaqla, bir neçə hədəfə ballistik raketlər atıblar. İsrail Ordusu bildirib ki, hava hücumundan müdafiə sistemi Yəməndən Qırmızı dəniz üzərindən atılan raketi ələ keçirib.
Bundan əlavə, husilər Qırmızı dənizdəki istənilən İsrail gəmilərinə, o cümlədən İsrail şirkətlərinə məxsus və ya idarə olunan gəmilərə hücum etmək niyyətlərini açıqlayıblar. Onlar bu yaxınlarda Qırmızı dənizin cənubunda Ukrayna, Bolqarıstan, Filippin və Meksika vətəndaşları da daxil olmaqla, 25 nəfərin olduğu gəmini ələ keçiriblər.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti