Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İranın atdığı raketlərdən biri də bu ölkəyə düşüb: Yaralılar var
İranın atdığı raketlərdən biri də bu ölkəyə düşüb: Yaralılar var


İranın İsrail istiqamətində atdığı raketlərin bəzi hissələri İordaniyaya düşüb.

Bu barədə rabitə naziri və hökumət sözçüsü Məhəmməd əl-Momani bildirib.

“Bir sıra raketlərin hissələri İordaniyanın müxtəlif bölgələrinə düşüb. Ölən yoxdur, üç yaralı var. Hazırkı mərhələdə tibbi baxımdan onların xəsarətləri əhəmiyyətsiz kimi təsnif edilir”, - deyən nazir hadisə yerində dəymiş ziyanın olduğunu, lakin rəsmi qurumların hələ də dəymiş ziyanı qiymətləndirməyə hazır olmadığını qeyd edib.

İranın İsrailə raket hücumunu şərh edən Məhəmməd əl-Momaninin sözlərinə görə, İordaniya heç vaxt tərəflərdən heç biri üçün münaqişə meydanına çevrilməyəcək. O, hakimiyyətin əsas vəzifəsinin İordaniya və onun vətəndaşlarını qorumaq olduğunu vurğulayıb.

Xatırladaq ki, İran oktyabrın 1-i axşam saatlarında İsrailə hücum edib. Ümumilikdə İsrail ərazisinə 180-dən çox raket atılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti