Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU +
Makron Avropa İttifaqına "ölüm" DİAQNOZU QOYDU +


Yanlış iqtisadi inkişaf strategiyası aparan Avropa İttifaqı Çin və ABŞ-dan geri qalmaqla “ölə bilər”.

Fransa prezidenti Emmanuel Makron “Bloomberg” agentliyinə müsahibəsində Avropa İttifaqının perspektivləri ilə bağlı bu qiymətləndirməni edib.

"Aİ ölə bilər, biz çox vacib bir anın astanasındayıq", - deyə o vurğulayıb.

Fransa prezidenti qeyd edib ki, Avropa İttifaqının inkişafı üçün iqtisadi model düzgün deyil, çünki blok “çox tənzimləyir və çox az sərmayə qoyur”.

Makron əlavə edib ki, yaxın iki-üç il ərzində Aİ iqtisadiyyatın “klassik gündəliyinə” əməl etsə, nəhayət, ABŞ və Çinlə rəqabəti itirəcək.

Onun sözlərinə görə, Vaşinqton və Pekin həm hasilat, həm də investisiya baxımından Aİ-ni üstələyir və təcili addımlar atmasa, Avropa digər ölkələrlə rəqabət apara bilməyəcək.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti