Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » “Müsbət irəliləyişlər var, ilk nəticələri gözləyirik” - Zelenski
“Müsbət irəliləyişlər var, ilk nəticələri gözləyirik” - Zelenski

"Ukrayna və ABŞ-dakı komandalarımız görüşlərin keçirilməsi üzərində işə başlayıb".
reportyor.tv xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.
O, Ukrayna prezidenti ofisinin rəhbəri Andrey Yermak və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals arasında telefon danışığının baş tutduğunu qeyd edib.
“Andrey Yermak və Mayk Vals danışıqlar aparıb, müsbət irəliləyişlər var. Önümüzdəki həftə ilk nəticələri gözləyirik", - deyə o bildirib.
Zelenski həmçinin bu gün Brüsseldə keçiriləcək Avropa Birliyi Liderlər Zirvəsinə hazırlaşdıqlarını əlavə edib: “Diplomatik hadisələrin nə qədər sürətlə inkişaf etdiyini hamı görür”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti