Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"
Husilərdən ABŞ-ın Yəmənə hücumuna reaksiya: "Cavabsız qalmayacaq!"

ABŞ-ın Yəmən ərazisinə hərbi zərbələri husilərin Qırmızı dənizdə İsrail gəmilərinə hücum etmək niyyətlərinə təsir etməyəcək.
reportyor.tv xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı hərəkatın adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.
Husilər xəbərdarlıq edib ki, zərbələr cavabsız qalmayacaq.
Məlumata görə, husilər Qəzzadakı döyüşlər boyu İsrailə və Qırmızı dənizdəki gəmilərə hücum edib və heç bir şey bu hərəkətlərə təsir etməyib.
Martın 15-də ABŞ prezidenti Donald Tramp orsuya "Ənsar Allah" (Husi) hərəkatına qarşı “qətiyyətli və güclü hərbi əməliyyatlara” başlamağı əmr edib. ABŞ ordusu gecə saatlarında qrupun Yəməndəki hərbi obyektlərinə hücum edib. Hücumlar nəticəsində 31 nəfərin öldüyü, 101 nəfərin yaralandığı bildirilir.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti