Netanyahunun sözçüsü və müşaviri həbs olundu
Tarix: 31-03-2025, 20:57
Baxılıb: 34
Google+ Paylaş
Tumblr Paylaş

Netanyahunun sözçüsü və müşaviri həbs olundu

31-03-2025, 20:57

İsrailin baş naziri Benyamin Netanyahunun sözçüsü Eliezer Feldstein və müşaviri Conatan Uriç həbs olunub.

Feldstein və Uriçin “Katargate” istintaqı çərçivəsində həbs edildiyi bildirilir.

Həbs qərarı israilli iş adamı Gil Bilgerin Qətərdə işləyən ABŞ vətəndaşından pulu Netanyahunun sözçüsü Feldsteinə ötürməsinin üzə çıxmasından sonra verilib.

Feldstein və Uriçin "xarici agentlə əlaqə" və "çirkli pulların yuyulması" maddələri ilə ittiham olunduqları bildirilir.

İki həftə əvvəl istintaq çərçivəsində saxlanılaraq istintaqa cəlb edilən Uriç haqqında daha sonra həbs qətimkan tədbiri seçilib. Gizli sənədləri sızdırmaqda ittiham olunan Feldstein haqqında isə ev dustaqlığı ilə bağlı qərar qəbul olunub.

Baş naziri Netanyahunun da baş prokuror Gali Baharav-Miaranın təsdiqi ilə ifadə verməyə çağırıldığı bildirilib.  (APA)


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ