Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » SON DƏQİQƏ: Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi
SON DƏQİQƏ: Rəsmi Moskva təyyarəmizin vurulması ilə bağlı açıqlama verdi

Rusiya Azərbaycan Hava Yollarına məxsus AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı liderlər arasında əldə olunmuş bütün razılaşmaların icrası üzərində ardıcıl şəkildə işləyir.

Reportyor.tv xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib: “Rusiya və Azərbaycan liderləri ötən ilin 9 oktyabr tarixində Düşənbədə keçirilən görüş zamanı aviaqəza mövzusunu ətraflı müzakirə ediblər. Rusiya tərəfi tərəfindən geniş izahatlar verilib, əldə olunmuş bütün razılaşmaların icrası istiqamətində ardıcıl işləyirik və bu barədə həm diplomatik kanallar, həm də hökumətlər xətti ilə azərbaycanlı tərəfdaşlarımızı mütəmadi olaraq məlumatlandırırıq”, - deyə diplomat bildirib.

“Tərəflər aviaqəza kontekstində qalan bütün məsələlərin tənzimlənməsinə hədəflənib”, deyə Zaxarova vurğulayıb.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti