
Boliviyanın El Alto şəhərində hərbi təyyarə eniş xəttindən çıxaraq yaxınlıqdakı avtomobil yoluna girib.
Reportyor.tv xəbər verir verir ki, hadisə nəticəsində onlarla maşın təyyarənin altında qalıb, 15 nəfər ölüb, 28 nəfər yaralanıb. Boliviya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin mərkəzi bankı üçün əskinaslar daşıyan C-130 Hercules təyyarəsi Santa Kruzdan El Altoya uçarkən hava limanının yaxınlığında qəzaya uğrayıb.
Mülki Aviasiya İdarəsinin məlumatına görə, təyyarə uçuş-enmə zolağından çıxaraq yaxınlıqdakı yolda hərəkət edən nəqliyyat vasitələri ilə toqquşub. Hadisə yerində polislə təyyarədən düşən əskinasları götürməyə çalışan insanlar arasında toqquşma baş verib.
Musavat.com






Şərhlər