Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Yaxın Şərq alovlanır: ABŞ aviadaşıyanı hədəfdə, İsrail və Körfəz şəhərləri atəş altında
Yaxın Şərq alovlanır: ABŞ aviadaşıyanı hədəfdə, İsrail və Körfəz şəhərləri atəş altında

Yaxın Şərqdə hərbi-siyasi gərginlik pik həddə çatıb.

Reportyor.tv xəbər verir ki, İsrail mediasının iddiasına görə, ABŞ-nin “Abraham Lincoln” aviadaşıyanı Ərəb dənizində ehtimal olunan İran hücumuna məruz qalıb.

Məlumata əsasən, hücumun detalları və zərərin miqyası barədə hələlik rəsmi təsdiq yoxdur. ABŞ və İran tərəfi məsələ ilə bağlı açıq bəyanat yaymayıb.

İsrail şəhərləri fasiləsiz hücum altında

Eyni vaxtda yayılan digər xəbərlərdə bildirilir ki, Qüds və ətraf bölgələr, o cümlədən mərkəzi İsrail istiqamətləri İran tərəfindən fasiləsiz zərbələrə məruz qalır. Hava hücumundan müdafiə sistemlərinin aktiv işlədiyi, partlayış səslərinin eşidildiyi qeyd olunur.

Dubayda partlayış səsləri

Körfəz mediası isə Dubayda partlayış səslərinin eşidildiyini yazır. Hadisənin səbəbi, mümkün raket və ya PUA hücumu olub-olmaması barədə dəqiq informasiya yoxdur.

Musavat.com

Şərhlər