İrimiqyaslı savaşda İran geri çəkiləcək, Bakı və Ankara… – Xaçikyan
Tarix: 3-10-2024, 10:55
Baxılıb: 252
Google+ Paylaş
Tumblr Paylaş

İrimiqyaslı savaşda İran geri çəkiləcək, Bakı və Ankara… – Xaçikyan

3-10-2024, 10:55

“İran-İsrail müharibəsi başlayarsa, Zəngəzur dəhlizi ilə bağlı “qırmızı xətlər” yox olacaq”.

Bunu Stenford Universitetinin politoloqu Artur Xaçikyan deyib.

O bildirib ki, müharibə başlasa, Tehran əlini İrəvanın üstündən çəkəcək:

“Regional müharibə başlayarsa, Türkiyə və Azərbaycanın qarşısını almağa çalışan yeganə dövlət də aradan çəkiləcək. İrimiqyaslı toqquşma zamanı İran Ermənistanın mövcudluğunun fərqinə belə varmayacaq. Bu isə bizim üçün risklidir. Çünki o zaman Bakı və Ankaranın Zəngəzur dəhlizi ilə bağlı planı gerçəkləşəcək”./Globalinfo.az


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ