COP29-da iki ən önəmli qərarın qəbulu gözlənilir - Yalçın Rəfiyev
Tarix: 14-10-2024, 11:53
Baxılıb: 340
Google+ Paylaş
Tumblr Paylaş

COP29-da iki ən önəmli qərarın qəbulu gözlənilir - Yalçın Rəfiyev

14-10-2024, 11:53

"COP29-da 60-a yaxın qərarın qəbulu gözlənilir. Bizim üçün ən önəmli iki qərar var. Biri iqlimlə bağlı yeni maliyyə hədəfidir".
Publika.az xəbər verir ki, bu sözləri COP29-un mətbuat katibi Yalçın Rəfiyev COP29 iqlim konfransına hazırlıq işləri çərçivəsində yerli media nümayəndələri üçün təşkil edilən təlimdə bildirib:
"2009-cu ildə Kopenhagendə keçirilən COP tədbiri zamanı belə bir qərar qəbul edilib ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 100 milyard pul ödəməlidir ki, onlar iqlimlə bağlı ehtiyaclarını qarşılasınlar. Bizim 15 ildən sonra 2024-cü ildə hazırda apardığımız müzakirə 100 milyardı nə qədər artırmaq ətrafındadır. Çünki dünya iqtisadiyyatı dəyişir. İnflyasiya, pandemiya baş verir. İqlim də 15 il əvvəlki kimi deyil, vəziyyət daha pisdir. Bu o deməkdir ki, rəqəm böyüməlidir.
Rəqəmin böyüməsi isə bizim dövlətlərlə danışıqlarımızdan asılıdır. Burada fərqli fikirlər var. İnkişaf etməkdə olan ölkələr hesab edir ki, rəqəm trilyonlarla olmalıdır. Təxminən 2.4 trilyon pul lazımdır ki, inteqrasiya və adaptasiya tədbirləri həyata keçirilsin".


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ