Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Zelenski Tramp qarşısında geri addım atmayacaq - BBC
Zelenski Tramp qarşısında geri addım atmayacaq - BBC

Ukrayna prezidenti Vladimir Zelenski jurnalistlərə mövqeyində qəti olduğunu bildirib. Və o, ABŞ prezidenti Donald Trampdan üzr istəmək fikrində olmadığını deyib.
reportyor.tv xəbər verir ki, bu barədə BBC yazır.
Qeyd olunur ki, Zelenski Oval kabinetdəki mübahisə zamanı pis heç nə demədiyini israr etməyə davam edir. Onun fikrincə, danışıqların indiki mərhələsində Ukraynanın ərazilərindən imtina məsələsini müzakirə etməyə ehtiyac yoxdur. Amma eyni zamanda prezident 2025-ci il fevralın 28-də Oval kabinetdə baş verənlərdən təəssüfləndiyini vurğulayıb.
O bildirib ki, Ağ Evə çatmaq üçün ona bir neçə saat lazım olub və onun səfəri özlüyündə hörmət əlaməti olub. O, bu söhbətin hər iki tərəf üçün müsbət olmadığını da əlavə edib.
Qeyd olunur ki, Zelenski Ağ Evdəki dava-dalaşı xatırlayarkən sözlərini diqqətlə seçib. O, həmçinin Kiyev və Vaşinqton arasında gərginliyin zamanla səngiyəcəyini bəyan edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti