
"Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı başa çatıb.
reportyor.tv "İnterfaks"an istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Bəli, artıq başa çatıb", - Kreml sözçüsü Bakı vaxtı ilə saat 20:35-də bildirib.
Bundan əvvəl Ağ Evin mətbuat katibinin müavini Harrison Filds bildirmişdi ki, Tramp Rusiya lideri ilə söhbətindən əvvəl Ukraynada sülhün əldə olunmasına ciddi yanaşır.
Rusiya iki lider arasında telefon danışığını bir gün əvvəl elan edib. Kreml qeyd edib ki, Rusiya Federasiyası və ABŞ başçıları iki ölkə arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə edəcəklər.
Tramp isə bildirib ki, o, Putinlə ərazilərin demarkasiyası və atom elektrik stansiyalarına nəzarətlə bağlı vəziyyəti müzakirə edəcək.
Şərhlər