Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Vüqar Qurbanovun Vəfa Hüseynzadə ilə 150.000-lik sövdələşməsində Günlarə Rəhimova necə baş həkim oldu?
Vüqar Qurbanovun Vəfa Hüseynzadə ilə 150.000-lik sövdələşməsində Günlarə Rəhimova necə baş həkim oldu?

Bu həftə TƏBİB-in rəhbərinin işdən ayrılması xəbəri ilə yanaşı, onun işlədiyi dövrdə baş verən neqativ hallar haqqında da, ətraflı yazıldı. İndi isə sizlərə TƏBİB-in keçmiş rəhbəri Vüqar Qurbanovun işdən çıxmadan 1 gün öncə işlədiyi qanunsuz əməlindən, özü də ən son gündə Azərbaycan Səhiyyəsinə vurduğu ən pis ziyanından danışmaq istərdik. Belə ki, ölkə səhiyyəsinə hörməti olan heç bir rəhbər belə bir təyinata imza atmazdı, onsuzda imza atmamışlar, çünki Vüqar Qurbanov bu təyinatı TƏBİB-in Müşahidə Şurasının qərarı olmadan, təkbaşına bütün qaydalara zidd şəkildə vermişdir. Əcabə Niyə? Nəyə görə? Nə qarşılığında?. Söhbət 16 fevral 2026-cı il tarixdə yəni Vüqar Qurbanovun vəzifədən azad edilən günü, Nizami Tibb Mərkəzinə yeni baş həkim təyin olunması haqqında da xəbər paylaşıldı və bu vəzifəyə Əhmədov Fikrət Əli oğlu təyin edildiyi bildirildi. Lakin, həmin gün Nizami Tibb Mərkəzinə 2-ci bir təyinat da, olmuş və bu təyinat ictimaiyyətə açıqlanmamışdır. Belə ki, Mərkəzə direktor müavini və doğum evinə yeni baş həkim təyin edilmiş və bu şəxs Mama-ginekologiya sahəsində işləsədə bu sahədən çoxda məlumatı olmayan Rəhimova Gülnarə təyin edilmişdir. Çoxda məlumatı olmayan yazdıq çünki, əldə etdiymiz məlumatlar bu adamın bildiyi ən yaxşı iş doğum evinin əvvəlki rəhbəri və hazırda Nizami tibb Mərkəzinin direktoru olun Vəfa Hüseynovanın “qara kassası” olmaqla pul toplamaqdan ibarətdir. Doğum evində bütün kollektiv bilir ki, ora müraciət edən bütün xəstələr mütləq Rəhimaova Gülnarəyə’ yönəldilməlidir, onunla görüşdürülməlidir, bundan sonra, o da, öz kefinə uyğun baxır pulunu danışır və həkimlərə, yəni işinin professionalı olanlara əsl həkimlərə yönləndirir, həmin həkimlərdə məcburən o xəstələri əməliyyat və digər prosedurları edir, yekunda da, Gülnarə “həkim” nə versə qəbullanırlar. Gülnarə doktor o qədər ədalətlidir ki, hətta xoşuna gəlməyən həkimlərədə xəstə verir əlbəttə də ki, pul verməyənləri, haqqını tələb edənləri, qanunları bilənləri bu tip xəstələri həkimlər, doğurdan öz sahəsinin peşəkarlar arasında bölüşdürür. Məhz belə səbələrə görə bu doğum evində işləyən işini peşəkarı və ən əsası adamı olan həkimlər bu xəstəxandan uzalaşdılar. Yəni bir sozlə sanki doğum evi yox, Şəmkirin Kolxoz bazarıdır, “Bazarkom”da öz işində. Hələ bu azmış kimi, Vəfa Hüseynovanın idarəetməsi altında işləməsinə baxmayaraq, hər kəlməsində doğum evində düzgün iş qurulmadığını, əvvəlki baş həkimi, indiki direktorunun düzgün iş qurmadığını, onun qoyduğu qaydaların tam qanunsuz olduğunu bildirməklə yanaşı bu “tanınmış doktorcuq” işnin professionalı olan, öz peşələrini sevən həkimlərimizi də, onun kefinə uyğun davarmayacaqları halda işdən qovacağı ilə hədələyir. Onları işdən atacağını, onlara “göstərərəm” deyə təhdid etməsi, onlara əsl işin necə Anestezioloq-reanimatoloqu təkrar bura işə götürməyə hazırlıq gedir. Həmin həkim də, artıq hər yerdə hamıya 30 000,00 (otuz min) manat ödədiyini, hətta şöbə müdiri olacağını bildirmişdir. Sabunçu və Xəzər Tibb Mərkəzlərinə 25 000,00 (iyirmi beş min) manat ödəyərək işə girdiyini, işdən çıxanda isə direktorlara onlara pul verərkən səslərinin yazdığını bildirərək qurucağını, iclaslarda öz tipinə uyğun bazar alverçilərinin dili ilə danışmaqla ölkə səhiyyəsinə əsl üzqarası olduğunu göstərir. Yuxarıda da, qeyd edtik Niyə? Nəyə görə? Onun da cavabı var Rəhimova Gülnarə öz dilindən bəzi həkimlərin yanında bu vəzifə üçün V.Hüseynova vasitəsilə Vüqar Qurbanova 150 000,00 (yüz əlli min) manat verdiyini demişdir. Ona gördə onun təyinatı TƏBİB-in müşahidə şürasından və ictimaiətdən gizlədilmişdir. Hal hazırda Rəhimova Gülnarə bazarkomlar kimi, xəstəxanada mühafizə (öz tibb bacısı, özəl) ilə gəzir. Ümid edirik ki, TƏBİB-in indiki rəhbərliyi bu məsələni nəzarət götürərək ən azından, əvvəlki xələfinin 1 gün əvvəl etdiyi səhvin aradan qaldırılmasına cəhd göstərəcəkdir. 
Bundan başqa əvvəllər bu doğum evində işləmiş lakin müəyyən səbələrdən 2 il əvvəl burdan qovulmuş, sonradan Sabunçu və Xəzər Tibb mərkəzlərinə işə düzəlmiş, lakin ordan da qovulmuş (deyilənə görə rüşvət, xasiyyət və əxlaq) bir həkimi şantaj etmiş və pulunu geri istəmişdir. Bu “qoçaq” həkim haqqında da, əvvəlki fəaliyyəti və məcaraları barədə ətraflı məlumat veriləcək.

Reportyor.tv

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti