Tovuzda zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Məlumata görə, Tovuz rayonunun Qovlar şəhərindəki keçmiş şərab zavodunun ərazisində yerləşən tikililərdən birində baş vermiş yanğın artıq söndürülüb.
Bildirilib ki, Tovuz rayonu, Qovlar şəhərində zavodda baş vermiş yanğınla əlaqədar əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində zavodda baş vermiş yanğın qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.