Azərbaycan millisinin DÇ-2026-dakı rəqibləri müəyyənləşdi
Tarix: 13-12-2024, 16:08
Baxılıb: 217
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan millisinin DÇ-2026-dakı rəqibləri müəyyənləşdi

13-12-2024, 16:08

Futbol üzrə Azərbaycan millisinin 2026-cı ildə keçiriləcək dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.
Publika.az xəbər verir ki, yığma püşkatmada 4-cü səbətdə yer alıb. Milli D qrupunda Millətlər Liqasının Fransa – Xorvatiya cütünün qalibi, Ukrayna və İslandiya komandaları ilə birlikdə mübarizə aparacaq.
Qeyd edək ki, seçmə mərhələ matçları 2025-ci ilin martında start götürəcək. 4 və 5 komandadan ibarət 12 qrupun birinciləri birbaşa DÇ-2026-nın final mərhələsinə vəsiqə əldə edəcəklər. İkinci yeri tutanlar pley-offda iştirak hüququ qazanacaqlar.
D qrupu
Fransa – Xorvatiya cütünün qalibi
Ukrayna
İslandiya
Azərbaycan


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ