DİN əməliyat keçirdi - 58 nəfər saxlanıldı
Tarix: 14-03-2025, 10:22
Baxılıb: 143
Google+ Paylaş
Tumblr Paylaş

DİN əməliyat keçirdi - 58 nəfər saxlanıldı

14-03-2025, 10:22

Martın 13-də ölkə ərazisində qeydə alınan 63, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Reportyor.tv xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 112 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 20 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ