Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Füzulidə 30 il əvvəl itkin düşən şəhid Cahangir Xələfov Şüvəlanda dəfn olunub - FOTO
Füzulidə 30 il əvvəl itkin düşən şəhid Cahangir Xələfov Şüvəlanda dəfn olunub - FOTO

Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə itkin düşmüş Xələfov Cahangir Məmi oğlunun qalıqları Xəzər rayonu Şüvəlan kəndində dəfn olunub.
Reportyor.tv xəbər verir ki, şəhid Cahangir Xələfovla Xətai rayonunda, oğlunun evində vida mərasimi keçirilib. Daha sonra şəhidin qalıqları Şüvəlan kənd qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin yaxınları, Xəzər rayonu və Füzuli rayon İcra hakimiyyətlərinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Cahangir Xələfov 3 sentyabr 1993-cü ildə Füzuli rayonunun Dördçinar kəndində itkin düşüb. Şəhidin meyitinin qalıqları bir qədər əvvəl Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıqda tapılıb.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti