Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sosial » Uşaqpulu ilə bağlı VACİB AÇIQLAMA
Uşaqpulu ilə bağlı VACİB AÇIQLAMA

Milli Məclisin son iclasında uşaqpulu məsələsi yenidən gündəmə gətirilib. İctimaiyyətdə 7 fevral 2024-cü ildə keçirilməsi planlaşdırılan növbədənkənar prezident seçkilərində hakimiyyətin sosial paketinə bu məsələnin daxil edilib-edilməyəcəyi müzakirə olunur.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, əslində, uşaqpulu məsələsi gündəmə gətirilməyib:
“Uşaqpulu” Sovet dövrünün terminidir. Bu, ehtiyacı olan-olmayan hər kəsə vəsaitin verilməsini özündə ehtiva edir.
Lakin hazırda uşaqpulu məsələsi yox, müxtəlif kateqoriyadan olan uşaqların müavinət sisteminin genişləndirilməsi müzakirə edilir. Bu pul hansısa formada ehtiyacı olan ailələrə verilir, amma əhatəliliyi genişləndirilməlidir: 5-6 növ müavinət 10-15 növ olmalıdır. Ehtiyacı olan heç bir uşaq kənarda qalmamalıdır”.

Şərhlər